İyul ayının müavinət, təqaüd və sosial yardımları ÖDƏNİLDİ
    • 28-07-2022, 16:11
    • 532

İyul ayının müavinət, təqaüd və sosial yardımları ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

News24.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, bütün sosial təminat növləri üzrə iyul ayının sosial ödənişləri bu gün yekunlaşıb.

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.