AMEA-nın yeni strukturu və işçilərinin say həddi yaxın üç ayda təsdiqlənəcək
    • 28-07-2022, 18:34
    • 552

AMEA-nın yeni strukturu və işçilərinin say həddi yaxın üç ayda təsdiqlənəcək

Nazirlər Kabineti (NK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu və işçilərinin say həddini üç ay müddətində təsdiqləməlidir.

News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.

Habelə NK-ya bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

AMEA-ya isə qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.