UEFA “Fənərbağça” matçında baş verənlərlə bağlı araşdırmaya başladı
    • 28-07-2022, 20:37
    • 463

UEFA “Fənərbağça” matçında baş verənlərlə bağlı araşdırmaya başladı

UEFA “Dinamo Kiyev” matçında “Fənərbağça” azarkeşlərinin Rusiya Prezidenti Vladimir Putinin lehinə səsləndirdikləri şüarla bağlı araşdırmaya başladığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “Son dakika” məlumat yayıb.

Həmçinin “Fənərbağça” futbol klubu da dünən “Dinamo Kiyev” matçında baş verənlərlə bağlı açıqlama verib:

“Tribunaların reaksiyası qəbuledilməzdir. Bu məqamda həm ölkəmizin, həm də klubumuzun bu məsələyə qarışmasını, yanlış başa düşməyə səbəb olacaq şəkildə gündəm yaradılmasını qınayırıq, baş verənlərin siyasətləşdirilməsinin əleyhinəyik”.

Qeyd edək ki, dünən “Fənərbağça” azarkeşlərindən biri Kiyev “Dinamo"su ilə matçda (1:2) buraxılan qoldan sonra Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndirib. Daha sonra bir neçə azarkeş buna alqışlarla dəstək verib. Bu isə dünya mediasında müzakirələrə səbəb olub. Bu səbəbdən “Dinamo Kiyev”in baş məşqçisi mətbuat konfransına qatılmayıb.