-
- 29-07-2022, 15:42
- 530
"Qiyamət anbarı" - Hamının görmək istədiyi məkanın sirri nədədir?
İnsanların çoxu film və seriallarda bəhs olunan, dünyanın sonu gələndə hər kəsin son ümid yeri olacağını dedikləri "Qiyamət anbarı"nın harda və necə olduğunu bilmək istəyir. Bəziləri bunun təxəyyül, bəziləri isə gerçək olduğunu düşünür.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Qiyamət anbarı" kimi tanınam bu sirli məkan Svalbard Qlobal Toxum Mərkəzidir. Həmin anbar Norveçdə dağın içində yerləşir. Burda 1,1 milyon toxum saxlanılır. Dünyanın hər yerindən bura toxumlar gətirilir.
Anbarın belə uzaq yerdə yerləşməsi özü də çox böyük maraq doğurub. Anbarı idarə edənlərdən biri Bente Naeverdal məkanın xüsusi olaraq hər şeydən – terrordan, müharibədən və s. uzaqda tikildiyini bildirib. Anbarlar elə tikilib ki, əgər elektrik və soyutma sistemləri sıradan çıxsa belə, oradakı soyuqluq sayəsində toxumlar 200 il xarab olmadan qala bilər.
Anbarın yeganə sıradan çıxmasına təsir göstərən amil leysan yağışlarıdır. 2017-ci ildə belə yağışların yağması nəticəsində anbara su dolub. Problemin həll olunması üçün 4,7 milyon dollar pul xərclənib.
Vüsalə Babaşova