Nuhun gəmisi tapıldı? - Sirli anbarda GÖRÜN, NƏLƏR VAR - FOTO
    • 29-07-2022, 12:30
    • 2 019

Nuhun gəmisi tapıldı? - Sirli anbarda GÖRÜN, NƏLƏR VAR - FOTO

Bir çox seriallarda gördüyümüz məşhur, sirli anbar, həqiqətən də, dünyanın sonu gələndə insanların tək ümid yeri olacaq?

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin sirli anbar "qiyamət anbarı" kimi tanınsa da, "Svalbard" Qlobal Toxum Anbarıdır.

Anbar Norveçdə, dağın içində yerləşir. 1,1 milyon toxum orada saxlanılır. Dünyanın hər yerindən buraya toxumlar gətirilir. 

Toxum anbarının cəmiyyətdən kənarda yerləşməsi insanlarda marağa səbəb olub. İdarəçilərdən biri olan Bente Naeverdal terror, müharibə kimi hadisələrə məruz qalmamaq üçün bu addımı atdıqlarını deyib. Anbarda elektrik və soyutma sistemləri sıradan çıxdığı halda toxumlar soyuq temperaturun köməyi ilə 200 il xarab olmadan qala bilər.

Qeyd edək ki, 2017-ci ildə leysan yağışların yağması nəticəsində anbara xeyli su dolub. Problemin həll olunması üçün 4,7 milyon dollar pul xərclənib. 

Vüsalə Babaşova