Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirilir
    • 30-07-2022, 10:23
    • 393

Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirilir

Meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Türyançay, Korçay, Qarayazı Dövlət Təbiət Qoruqlarında, Göygöl, Altıağac Milli Parklarında, Tovuz, Lənkəran, Ağcabədi və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzlərində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının, regional polis şöbəsinin əməkdaşlarının və yerli sakinlərin iştirakı ilə yanğından mühafizə mövzusunda növbəti maarifləndirmə tədbirləri və təlimlər keçirilib. 

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirlərdə təbiət əraziləri, meşəlik və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.