Sumqayıtda sahibsiz itləri zəhərlədilər? -FOTO
    • 30-07-2022, 13:44
    • 423

Sumqayıtda sahibsiz itləri zəhərlədilər? -FOTO

Sumqayıt şəhərində sahibsiz itlərin zəhərləndiyi iddia olunub.

News24.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, görüntülər şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində lentə alınıb. 

Belə ki, qəsəbə yaxınlığında sahibsiz itlərin zəhərlə öldürüldüyü iddia olunub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, yayılan görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.