“Can verirdi” – Sahibsiz itləri GÜLLƏLƏYƏNLƏR – VİDEO
    • 30-10-2018, 12:15
    • 936

“Can verirdi” – Sahibsiz itləri GÜLLƏLƏYƏNLƏR – VİDEO

Başından güllələnən it son nəfəsini verir.

News24.az xəbər verir ki, sumqayıtda itlərin güllələnməsi ilə bağlı yayılan görüntülər heyvansevərlərin hiddətinə səbəb olub.

Heyvansevərlər bu cür hadisələrlə mütəmadi qarşılaşdıqlarını deyirlər.

Anar Süleymanov – Heyvansevər:Axırıncı hadisə “Şərq bazarı” adlı yerdə baş veribBizim könüllü hədisəni çəkib. İt can verirdi. Baxmayaraq ki, başından güllə dəyib”.

Məsələ ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bildirilib ki, İcra Hakimiyyətinin itləri tutması, onları zərərsizləşdirməsi və bu kimi məsəslələrlə məşğul olan hər hansı bölməsi yoxdur. Qurum görüntülərin harada və nə vaxt çəkilməsi ilə bağlı araşdırmalara başlayıb.

Eyvaz Qocayev – İcra Hakimiyyətinin nümayəndəsi: “Sumqayıt şəhər təmizlik departamenti var. Onlar da tutub poliqona apara bilər. Biz o görüntüləri araşdıracağıq”. 

Sahibsiz heyvanların öldürülməsi və işgəncə verilməsinə görə İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. Həmçinin Azərbaycan ev heyvanlarının qorunması haqqında Avropa konvensiyasına qoşulub.

Fərid Mansurov – Heyvanların Müdafiəsi İB-nin meneceri: “Qanunu pozanlar şəxsiyyəti müəyyən olunmalıdır, DİN əməkdaşları protokol tərtib edib ETSN-ə göndərməlidirlər”.

Görünən odur ki, bu istiqamətdə xeyli təbliğat işi aparılsa da, hələ də istənilən nəticəni əldə etmək olmayıb. Bakı şəhərində xüsusilə İDEA İctimai Birliyinin təşəbbüsü ilə bir neçə belə heyvan sığınacağı yaradılıb. Bu mərkəzlər əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldilib.