Bakıda məşhur bloger bahalı maşını ilə qəzaya düşdü -FOTO
    • 1-08-2022, 10:17
    • 1 536

Bakıda məşhur bloger bahalı maşını ilə qəzaya düşdü -FOTO

Bloger Fatimə Əhmədova avtomobil qəzasına uğrayıb.

News24.az xəbər verir ki, bu haqda bloger sosial şəbəkə hesabında bildirib. O qəzaya uğrayan maşının görüntülərini paylaşaraq səhhətinin yaxşı olduğunu deyib:

"Nəyisə bilmədən paylaşmayın. Düşünün ki, bu insanın ailəsi və yaxınları var. Bu gün çox ağır gün keçirmişəm. Onu deyim ki, yaxşıyam. Sadəcə çox dəhşətli qəza keçirdim. Maşını kənara çəkməyimə baxmayaraq bunu yaşadıq. Allaha şükür yüngül qurtardım. Sağam! Heç bir şey olmayıb".