Ötən gün yol qəzalarında 3 nəfər öldü
    • 2-08-2022, 10:00
    • 313

Ötən gün yol qəzalarında 3 nəfər öldü

Avqustun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 39-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 30-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

News24.az xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.   
 
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.