ABŞ hərbçilərini Suriya ilə sərhəddə yerləşdirəcək
    • 26-12-2018, 13:47
    • 1 053

ABŞ hərbçilərini Suriya ilə sərhəddə yerləşdirəcək

“ABŞ İraqın qərbində yerləşən Anbar əyalətində Suriya ilə sərhədə yaxın ərazidə iki yeni hərbi baza quracaq”.

Bunu Anbar vilayəti məclisinin üzvü Ferhan Duleymi “Anadolu” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bazadan biri vilayətin Kaim rayonunun Ər-Rumana qəsəbəsində, o biri isə Rutba rayonunun şərqində qurulacaq. Hər iki baza Suriya sərhədindən 100 km aralıda yerləşəcək. 
F.Duleymi deyib ki, ABŞ-ın hərbi baza yerləşdirmək istədiyi bölgələr İraq-İordaniya-Suriya üçbucağında gömrük-keçid məntəqələrinin yaxınlığında yerləşir.
İraqda 2014-cü ildə terrorçu İŞİD qruplaşması meydana çıxdıqdan sonra antiterror fəaliyyətinə dəstək üçün ABŞ-ın 5 min hərbçisi xidmət edir.
Hələlik İraq mərkəzi hakimiyyəti və ABŞ rəsmiləri qurulacaq hərbi bazalar barədə heç bir açıqlama verməyiblər.
Xatırladaq ki, Donald Tramp dekabrın 19-da ABŞ hərbçiləri və hərbi texnikasının Suriyadan çıxmasına dair sənəd imzalayıb. Sənəd imzlandığı gündən ABŞ hərbi texnikasını TIR-larla İraq ərazisinə daşıyıb.

//Report