-
- 4-08-2022, 00:09
- 558
"Partlayış olan ərazidə axtarış-xilasetmə işləri davam etdirilir" - FHN
Xırdalanda partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.
“Fövqəladə Hallar Nazirliyinin 112 saylı qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub. Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir”.
O, qeyd edib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb: “İki nəfər yanıq xəsarəti alıb, 1 nəfər tüstüdən boğulub, daha 1 nəfər travmatik xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır”.