Prezident Laçında baş verənlərdən danışdı
    • 5-08-2022, 09:30
    • 422

Prezident Laçında baş verənlərdən danışdı

“Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub”.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını alıb, lazımi cavab tədbirləri görüb və baş vermiş gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazımovun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq Sarıbaba dağını nəzarətə götürüb.