-
- 19-07-2018, 16:47
- 1 697
“Qızım özünü binadan atanda lüt olmayıb” - Nərgizin anası
Bakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyevanın anası baş vermiş hadisə haqda danışıb.
“Qafqazinfo” xəbər verir ki, 18 yaşlı qızın anası Çimnaz Vəliyeva Oxu.az-a bildirib ki, hadisədən əvvəlki gecə qızı rəfiqəsinin evində qalıb: “Qızım rəfiqəsi Aynurun evində qalmışdı. Gecə saat 01:30-da telefonla Nərgizlə danışmışam. Rəfiqəsi ilə evdə idilər. Hadisə olan gün biz rayona gedəcəkdik. Qızımla əlaqə saxladım, dedi ki, ana, taksi çağırmışam, evə gəlirəm. Taksi ünvana çatan zaman intihar edib.
Necə olur ki, taksi gəlib həyətdə qızımı gözləyən vaxt qızım özünü 17-ci mərtəbədən atıb? Mən bütün bunları analaya bilmirəm. Özünü atdığı yer rəfiqəsinin yaşadığı bina deyil”.
Çimnaz Vəliyeva bildirdi ki, qızı haqda deyilənlər əssassızdır: “Mən övladımı özünü atdığı binada görəndə təccübləndim ki, ay Allah, bura haradır? Mən gedəndə yerdə uzanmışdı, polislər yaxınına da buraxmadılar. Üstünü örtmüşdülər, ayağında ayaqqabı gördüm. Qızımın meyiti bir saat yerdə qalıb. Mən axı qızımı ora qoyub, getməmişdim. Aynurun evində qoymuşdum. Onun evi 9-cu mikrorayondadır.
Necə olub ki, Nərgiz intihar etdiyi binaya gəlib? Bütün bunları bilmirəm. Hər kəsdən xahiş edirəm, qızım haqda nəsə yazmasın. Mənim 18 yaşında övladım ölüb. Bu, hər kəsin başına gələ biləcək hadisədir.
Uşağımın arxasınca deyilən sözlər bir ana kimi məni sarsıdır. Hər kəs bir söz danışır. Kimisi qızımın özünü atanda lüt olduğunu deyir. Bu, düzgün deyil. Onun əynində qara şort, qırmızı gödəkçə və ayağında ayaqqabı olub”.
İntihar edən qızın anası deyir ki, Nərgiz öldüyü gün səhər sosial şəbəkədə aktiv olub: “Qızım saat 09:10-da “Whatsapp”da aktiv olub. Şahidlər açıqlama verib ki, gecə səhərə qədər binadan ağlamaq səsi gəlib. Bəs, elədirsə, niyə bir nəfər qızımla maraqlanmayıb? Biriniz qapını açıb deyəydiniz ki, ay bala, sənə nə olub?
Bəlkə, mənim uşağımı öldürürdülər? Polisə xəbər verəydilər. Kaş qızım sağ olaydı. Mən onu bütün səhvləri ilə qəbul edərdim”.
Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.