Ermənilərə vaxt verildi: “Evlərinizi tərk edin, kəndin əsl sahibləri qayıdırlar” -FOTO
    • 5-08-2022, 17:25
    • 759

Ermənilərə vaxt verildi: “Evlərinizi tərk edin, kəndin əsl sahibləri qayıdırlar” -FOTO

Qarabağ terrorçularının “Ərazi idarəetmə və infrastruktur naziri” Ayk Xanumyan bu gün Laçın rayon Zabux kəndinə səfər edib.

Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb. 

Zabuxda yaşayan ermənilərlə görüşən A.Xanumyan onlara bildirib ki, sentyabrın 25-nə qədər kəndi tərk etməlidirlər.

Qondarma nazir ermənilərin diqqətinə çatdırıb ki, kənd onun əsl sahibi olan Azərbaycanın nəzarətinə keçəcək.

A.Xanumyanın xəbərdarlığına cavab verən ermənilər “öz” evlərini yandıracaqlarını deyiblər.

A. Xanumyan həmçinin bildirib ki, sentyabrın 25-dən sonra Laçın dəhlizində artıq Rusiya sülhməramlı kontingenti olmayacaq. Belə ki, sülhməramlılar ərazidən çıxacaq və dəhliz Azərbaycan tərəfinin ixtiyarında olacaq.