Məşhur futbolçunun yeni klubu müəyyənləşib
    • 26-12-2018, 18:39
    • 870

Məşhur futbolçunun yeni klubu müəyyənləşib

İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Maykon Duqlasın yeni klubu müəyyənləşib. 

37 yaşlı braziliyalı müdafiəçi karyerasını ölkəsinin "Krisiuma” klubunda davam etdirəcək. Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. Onun klubla sözləşməsi 2019-cu ilin dekabrına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Maykon "İnter"in heyətində 4 dəfə İtaliya çempionatının, bir dəfə isə Çempionlar Liqasının qalibi olub. O, son olaraq, 2017-ci ilin dekabrında Braziliyanın "Avai" klubunun heyətində oyuna çıxıb.