"Sən nə həyasız adamsan" - Mehdiyev polisi təhqir etdi- VİDEO
    • 8-08-2022, 13:26
    • 1 323

"Sən nə həyasız adamsan" - Mehdiyev polisi təhqir etdi- VİDEO

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

O, YPX əməkdaşına "Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib. 

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.