"Barselona" Messi ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ
    • 8-08-2022, 18:13
    • 302

"Barselona" Messi ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ

“Barselona” klubunun rəhbərliyi Lionel Messini kluba qaytarmaqla bağlı onun ətrafındakılarla heç bir təmasda olmayıb. 

News24.az xəbər verir ki, ulduz futbolçunun ətrafında olan şəxslər mətbuatda gəzən söhbətlərə reaksiya verərək qeyd ediblər ki, Kataloniya klubunun rəhbərliyindən heç kim onlarla əlaqə saxlamayıb. 

“Kim bunun əksini iddia edirsə, yalan danışır”, – mənbə Messiyə yaxın olan şəxsə istinadən yazıb. /oxu.az/