Rusiya “Bayraktar” zavodunu vurmaqla hədələdi - Peskovdan SƏRT AÇIQLAMA
    • 9-08-2022, 13:45
    • 805

Rusiya “Bayraktar” zavodunu vurmaqla hədələdi - Peskovdan SƏRT AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edən zavodun yaradılması məsələsinə münasibət bildirib.

News24.az xəbər verir ki, Kremlin rəsmisi sərt mövqe nümayiş etdirib:

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”.

Xatırladaq ki, Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar ötən gün Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. O bildirib ki, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.