"Bayraktar TB2" PUA-ları 24 ölkəyə ixrac edilir
    • 25-05-2022, 12:24
    • 454

"Bayraktar TB2" PUA-ları 24 ölkəyə ixrac edilir

"Bayraktar TB2" pilotsuz uçuş aparatlarının ixracı ilə bağlı 24 ölkə ilə saziş imzalanıb.

News24.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, hazırda "Bayraktar TB3" silahlı pilotsuz uçuş aparatları üzərində iş aparılır:

"Bu, gəmilərdən uçmağı bacarsa, müharibələrdə yeni dövrə keçid ediləcək" - deyə o bildirib.