Yevlaxdakı yanğınla bağlı TƏBİB məlumat yaydı - YENİLƏNDİ- FOTO/VİDEO
    • 9-08-2022, 21:30
    • 502

Yevlaxdakı yanğınla bağlı TƏBİB məlumat yaydı - YENİLƏNDİ- FOTO/VİDEO

Yevlaxda baş verən yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bir nəfər isə əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

20:16

Yevlax rayonunda çoxmənzilli yaşayış binasında baş vermiş yanğın söndürülüb. 

“Report” xəbər verir ki, alovun digər tikililərə keçməsinin qarşısı alınıb. 

Hazırda binaya dəyən ziyan və yanğının başvermə səbəbləri araşdırılır.

19:18

Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın baş verib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


19:14

Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.

Hazırda binanın beşinci mərtəbəsində yerləşən mənzillərdə güclü yanğının olduğu bildirilir. Sakinlər binadan təxliyə edilir.

Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib.