Mingəçevirdə yataqxanada yanğın: zərərçəkənlər var
    • 25-03-2021, 10:37
    • 386

Mingəçevirdə yataqxanada yanğın: zərərçəkənlər var

Mingəçevir şəhərində yanğın hadisəsi olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib. Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.