Çavuşoğlu və Əmirabdullahian arasında telefon danışığı oldu
    • 10-08-2022, 21:00
    • 356

Çavuşoğlu və Əmirabdullahian arasında telefon danışığı oldu

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

News24.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, telefon söhbətində Türkiyə və İranın xarici işlər nazirləri nüvə danışıqları, İranda baş verən son sel su daşqınları, ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi, Yaxın Şərq, regional və beynəlxalq məsələləri müzakirə ediblər.