Rusiya və İran XİN Ukraynadakı vəziyyəti müzakirə edib
    • 3-06-2022, 18:33
    • 473

Rusiya və İran XİN Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

News24.az bu barədə TASS-a istinadən xəbər verir.

Tərəflər danışıq zamanı nüvə razılaşması və Ukraynadakı vəziyyəti müzakirə ediblər.