Bakıda özünü maşının altına atanlar kimlərdir - VİDEO
    • 11-08-2022, 18:10
    • 310

Bakıda özünü maşının altına atanlar kimlərdir - VİDEO

Bakıda qadağan edilmiş yerlərdən yolu keçmə hallarına tez-tez rast gəlinir. Bir çox vaxt bu hallar ölümlə nəticələnən qəzalara səbəb olur. Xüsusilə paytaxtda sürətin yüksək olduğu Heydər Əliyev prospektində, Aeroport şosesində, Dairəvi yolda, Bakı-Ələt magistralında, Dənizkənarı yolda sürət həddinin yüksək olmasına baxmayaraq piyadaların həyatlarını təhlükəyə atması tez-tez baş verir.

News24.az xəbər verir ki, daha bir belə hadisə bu günlərdə "Aeroport yolu"  kimi tanınan magistralın Qala dairəsi deyilən hissəsində baş verib.

Orta yaşlı kişi həyəcanlı halda yolu keçərkən çıxılmaz vəziyyətə düşüb və magistralın ortasında qalıb. Bu zaman avtomobillərdən biri ona yol vermək istəyib, amma onun bu təşəbbüsü qəza şəraiti yaradıb.

Qeyd edək ki, həmin ərazidə artıq piyada keçidinin tikintisinə başlanılıb.