Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib
    • 11-08-2022, 23:30
    • 266

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

“Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.

FHN-dən News24.az-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə 6 nəfər xilas edilib.