Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi
    • 29-06-2021, 10:14
    • 447

Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Neftçala”, “Bilgəh”, “Qobustan”, “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

News24.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.