Göygölün Çaykənd kəndinə təbii qaz verilib - FOTO
    • 27-12-2018, 14:12
    • 969

Göygölün Çaykənd kəndinə təbii qaz verilib - FOTO

Bu gün Göygöl rayonunun Çaykənd kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, ümumilikdə 590 fərdi evdən ibarət olan yaşayış məntəqəsinin qaz təsərrüfatının yenidən qurulması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 38 256 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

//Report