-
- 12-08-2022, 17:10
- 10 253
Deputatdan çağırış: Bakıda rus dilində danışmağa SON QOYULMALIDIR
Valideynlər arasında belə bir stereotip var ki, rus sektorunda təhsil Azərbaycan dilində təhsildən daha keyfiyyətlidir. Ona görə də bu gün valideynlər çalışır ki, övladlarını rusdilli məktəblərə qoysunlar. Əslində prosesi diqqətlə təhlil etdikdə bu düşüncənin əsassız olduğunu görürük.
News24.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili hesab edir ki, Azərbaycan dilində təhsil rus dilindəki təhsildən heç də geri qalmır: "Ümumən götürdükdə Azərbaycan dilində təhsil alanlar daha çoxdur. Lakin övladlarının rus dilində təhsil almasına meyilli valideynlərimiz də az deyil”.
C. Məmmədov bildirib ki, bu gün Bakıda əhalinin daha çox rus dilində danışdığını müşahidə edirik:
“Əlbəttə, xarici dil bilmək yaxşdır. Lakin hər birimiz Azərbaycan dilində danışmağa üstünlük verməli, övladlarımızı da bu istiqamətdə tərbiyə etməliyik. Əgər dövlət, millət, xalq olaraq güclü olmaq istəyiriksə, dəyərlərimizə sahib çıxmalıyıq. Dəyərlərimizdən də ən önəmlisi dilimizdir. Hər bir millətin dili onun dəyəridir. Valideynlər öz Vətəni, torpağı və dövlətinə layiqli vətəndaş yetişdirməyə çalışmalıdır. Bu gün daha çox öz dilimizi öyrənməli, bu dildə təhsil almalı və dilimizə sahib çıxmalıyıq. Əlavə olaraq hansısa xarici dili öyrənə, yaxud övladlarımıza öyrədə bilərik. Amma biz dilimzlə bağlı həmişə həssas və diqqətli olamlıyıq. Dil həm də mədəniyyət daşıyıcısıdır. Ona görə valideynlərin, cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İnsanlar mərhələli şəkildə yanlış stereotip və yanaşmalardan uzaq olmalıdırlar”.