Latviyanın ali məktəblərində rus dilində təhsil ləğv edilir
    • 2-03-2019, 23:55
    • 868

Latviyanın ali məktəblərində rus dilində təhsil ləğv edilir

Gələn dərs ilindən Latviyanın bütün ali təhsil ocaqlarında rus dilində təhsil qadağan olunacaq.

News24.Az AZƏRTAC-a istinadən bildirir ki, unun əvəzinə ingilis dilındə təhsilin həcmi artırılacaq. Artıq proses başlayıb və yanvarın 1-dən etibarən heç bir sənədləşdirmə rus dilində aparılmır. Universitet müəllimləri hesab edirlər ki, bu qaydanın tətbiq olunması Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Belarus kimi ölkələrdən gələn rusdilli abituriyentlər üçün ciddi çətinliklər yaradacaq.
Martın 1-dən başlayan təhsil yarmarkasında ali məktəblər ingilis dilində keçiriləcək menecment, biznesin idarə olunması, marketinqin təşkili kimi ixtisasları təqdim ediblər.