Xəzərdə batan iki nəfərin meyiti tapıldı- YENİLƏNDİ
    • 12-08-2022, 22:21
    • 645

Xəzərdə batan iki nəfərin meyiti tapıldı- YENİLƏNDİ

Dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 2 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində hər iki şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


20:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

19:09


Xəzərdə iki nəfər batıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.