Novxanıda bir  nəfər dənizdə batdı
    • 2-08-2019, 21:37
    • 933

Novxanıda bir nəfər dənizdə batdı

Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.
Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, FHN-nin  "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.