Azərbaycan XİN Misirə başsağlığı verib
    • 15-08-2022, 18:35
    • 468

Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.

News24.az xəbər verir ki,  bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.