Azərbaycan klubları futbolçularını dəyişib - RƏSMİ
    • 27-12-2018, 17:53
    • 1 070

Azərbaycan klubları futbolçularını dəyişib - RƏSMİ

"Sumqayıt" klubu dövrələrarası fasilədə ikinci transferini gerçəkləşdirib. 

Klubun rəsmi saytı xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə"dən ayrılan Adil Nağıyevi heyətinə qatıb. 23 yaşlı müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. Nağıyev yeni komandasında 5 nömrəli formanı geyinəcək. 
"Zirə" isə "Sumqayıt"dan ayrılan Bəxtiyar Həsənalızadəni komandaya cəlb edib. O, da Nağıyev kimi 1.5 illik sözləşməyə qol çəkibş. Həsənalızadə yeni komandasında da 14 nömrəli formada çıxış edəcək. 
Qeyd edək ki, "Sumqayıt" daha öncə "Neftçi"dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb. Bəxtiyar Həsənalızadə isə "Zirə"nin ilk transferidir. 

//Report