Rusiya öz kosmik stansiyasının modelini sərgilədi – FOTO
    • 16-08-2022, 11:39
    • 310

Rusiya öz kosmik stansiyasının modelini sərgilədi – FOTO

Rusiya kosmik stansiyasının modelini nümayiş etdirib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, kosmik stansiyanın modeli “Ross” adlanır.

Bir müddət əvvəl Rusiya Beynəlxalq Kosmik Stansiyadan ayrılacağını açıqlamışdı. Həmin stansiya Rusiya ilə yanaşı, ABŞ, Kanada, Yaponiya və 11 Avropa ölkəsi tərəfindən istifadə olunur. 

Rusiyanın Beynəlxalq Kosmik Stansiyadan ayrılma səbəbi isə başqa ölkələrdən asılılığı azaltmaq istəyidir.

Vüsalə Babaşova