-
- 26-07-2022, 16:20
- 604
Rusiya Beynəlxalq Kosmik Stansiyanı tərk edəcək
Rusiya 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edəcək.
News24.az "Trend"-ə istinadən xəbər verir ki, bunu "Roskosmos" şirkətinin rəhbəri Yuri Borisov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı elan edib.
O bildirib ki, bu müddətdən sonra Rusiya özünün orbital stansiyasını işə salmağı nəzərdə tutur. 2024-cü ilədək rusiyalı kosmonavtlar BKS-də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiya ABŞ Aerokosmik Agentliyi (NASA), "Roskomos", Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya ilə Kanadanın kosmik agentlikləri tərəfindən idarə olunur. Stansiyada 2001-ci ildən daimi əsasda kosmonavtlar fəaliyyət göstərir.