Azərbaycanda polkovnik vəfat etdi - FOTO
    • 19-08-2022, 11:37
    • 358

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, 1983-cü il təvəllüdlü polkovnik Seymur Ənvər oğlu Zülfüqarov ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edirmiş. O, bir neçə gün öncə məzuniyyətə çıxıb. /Unikal.org/