Azərbaycanda xanım aparıcı vəfat etdi
    • 25-08-2022, 12:03
    • 1 022

Azərbaycanda xanım aparıcı vəfat etdi

Tanınmış jurnalist Ceyran Bəhlulova vəfat edib.
 
News24.az-ın əlumatına görə, əslən Ağdam rayonundan olan jurnalist ötən gün onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ceyran Bəhlulova "Həqiqətlər və faktlar" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

O, "Bir ömürlük xatirə", "Çıxış yolu" kimi sosial verilişlərin də redaktoru olub. Son illərdə o, Dünya TV-də veriliş aparıcısı kimi də fəaliyyət göstərib. 

Allah rəhmət eləsin!