Tahir İmanov Nardaran çimərliyində iməcilik təşkil etdi - FOTO
    • 25-08-2022, 16:59
    • 778

Tahir İmanov Nardaran çimərliyində iməcilik təşkil etdi - FOTO

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanovun təşəbbüsü ilə Nardaran çimərliyində iməcilik təşkil olunub.

News24.az xəbər verir ki, bu barədə “Planet Parni iz Baku” sosial şəbəkədə paylaşım edib. 

“Əziz dostlar, bildiyiniz kimi, bir neçə gün əvvəl Xəzər dənizinin sahilinin çirkləndirilməsi ilə bağlı video yaymışdıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi videomuzdan sonra bizimlə əlaqə saxladı. ETSN-nin əməkdaşları, “Planet Parni iz Baku” komandasının üzvləri və könüllülər dəniz kənarını zibillərdən təmizlədi. Gəlin, çimərliklərimizdə təmizliyə riayət edək” – deyə, paylaşımda qeyd olunub.