Türkiyəli yazar “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etdi - VİDEO
    • 26-08-2022, 12:19
    • 1 240

Türkiyəli yazar “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etdi - VİDEO

Türkiyəli idman jurnalisti, “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.

News24.az xəbər verir ki, o, verilişin aparıcısı Melike Çelikin klubların adlarını sadalamasından sonra ““Qarabağ” Ermənistan komandasıdır?” sualını verib. 

Aparıcı isə dərhal onun səhvini düzəldərək “Azərbaycan komandasıdır” deyib. 

Gürcab Bilgiçin bu səhvi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub və tənqid edilib./Qafqazinfo/