Sibel Can konsertinin biletləri satışda

Sibel Can konsertinin biletləri satışda Şou
Xəbər verdiyimiz kimi, Türkiyənin möhtəşəm səslərindən olan müğənni Sibel Can konsert proqramı ilə pərəstişkarlarını sevindirəcək.

"Liatris Holding"in təşəbbüsü, "KEvents Group"un təşkilatçılığı ilə 8 mart Bakı Konqres Mərkəzində baş tutacaq konsertin biletləri artıq satışdadır. 

News24.az-ın məlumatına görə Sibel Canı canlı dinləmək 20 -300 AZN arası başa gələcək. 

Teymur MƏMMƏDOV