Şirvanda 1 yaşlı körpə 5-ci mərtəbədən yıxıldı
    • 27-08-2022, 12:38
    • 414

Şirvanda 1 yaşlı körpə 5-ci mərtəbədən yıxıldı

Şirvanda 1 yaşlı körpə 5-ci mərtəbədən yıxılıb.

News24.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Şirvan şəhərində köçkün qəsəbəsində baş verib.

Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Uşaq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.