NASA Yerdən 5 dəfə böyük planet kəşf etdi -  Ora super dünya ola bilər
    • 27-08-2022, 12:49
    • 413

NASA Yerdən 5 dəfə böyük planet kəşf etdi - Ora super dünya ola bilər

NASA yeni planet kəşf etdiyini açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Yerdən 5 dəfə böyük olan bu planet dünyamızdan 100 milyon işıq ili uzaqlıqda yerləşir. 
Planetə “TOI-1452b” adı verilib. 

Tədqiqatçılar planetin 25%-nin su olduğunu, hətta okeanla əhatələndiyini bildiriblər. Bu səbəblə, oranın yaşayış məskəni ola biləcəyini də təxmin ediblər. 

NASA “TOI-1452b”-də 1 ilin 11 günə bərabər olduğunu və araşdırmaların davam etdiyini açıqlayıb. 

Vüsalə Babaşova