NASA-dan bəd xəbər: Ayı tədqiq edən peyklə əlaqə itib
    • 8-07-2022, 23:34
    • 490

NASA-dan bəd xəbər: Ayı tədqiq edən peyklə əlaqə itib

NASA Ayı araşdırmaq üçün göndərdiyi peykdən xəbər ala bilmədiyini açıqlayıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA-nın sözçüsü Sara Frayzer Yerin orbitini müvəffəqiyyətlə tərk edən kosmik gəmi “CAPSTONE” ilə əlaqədə problemlər yaşadıqlarını vurğulayıb. 

Təxminən 25 kq olan kosmik gəmi ilə əlaqənin nə vaxt kəsildiyi məlum deyil, amma əlaqənin Yerin orbitindən çıxdıqdan sonra kəsildiyi təxmin edilib.

Peyk Aya yenidən səyahət edilməsi üçün göndərilib. Kosmik gəminin noyabrın 13-də Aya çatması nəzərdə tutulub və məlumat toplaması üçün ən az 6 ay boyunca Ayın orbitində qalması planlanıb. 

Vüsalə Babaşova