-
- 28-08-2022, 10:00
- 436
Bakıda yaşayış binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, X.Abbasov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Nazirlikdən News24.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində vətəndaş Rüstəmova Xatirə İslam qızına məxsus üçotaqlı mənzilin eyvanında baş verdiyi və hər an mənzilə, eləcə də qonşu mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək mənzilə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində mənzilin eyvanının lambirindən ibarət üzlük hissəsi və əşyaları 3kv.m sahədə yanıb, yüksək temperaturdan eyvanın qapısı və eyvanda quraşdırılmış kombi aparatı qismən əriyib.
Mənzil yanğından mühafizə edilib.