Qubada narkotik dövriyyəsinə görə 2 nəfər saxlanıldı
    • 29-08-2022, 11:03
    • 281

Qubada narkotik dövriyyəsinə görə 2 nəfər saxlanıldı

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Amil Hüseynov və Samir İslamov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə, evlərinə və avtomobilinə  baxış keçirilən zaman  külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin  aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin  barəsində həbs qətimkan tədbiri seçilib.