Maradona Meksika komandasından yoxa çıxıb
    • 29-12-2018, 12:20
    • 811

Maradona Meksika komandasından yoxa çıxıb

Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona baş məşqçisi olduğu Meksika "Dorados"unun düşərgəsində bir neçə gündür görünmür.  

Dekabrın 26-dan komandanın mövsümöncəsi məşqləri fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında gerçəkləşir. Maradonanın kluba qayıdıb-qayıtmayacağı hələ bilinmir. Onun yeni transferlərdən və köməkçiləri ilə bitən müqavilənin uzadılması istiqamətində danışıqların aparılmamasından narazı olduğu deyilir. Argentinalı mütəxəssisin özünün "Dorados"la müqaviləsi 2019-cu ilin yayınadəkdir. 
Qeyd edək ki, Dieqo Maradona mayda Belarusun "Dinamo" (Minsk) klubunda İdarə Heyətinin sədri postunu tutub. Lakin Maradona orada da uzun müddət görünməyib. O, "Dorados"a sentyabrın 7-də baş məşqçi təyin olunub.