Bakıda evə cadu edən qadın kameraya düşdü -VİDEO
    • 29-08-2022, 17:32
    • 15 975

Bakıda evə cadu edən qadın kameraya düşdü -VİDEO

Ev sahibi tanımadığı qadının onun evinə cadu etdiyini təhlükəsizlik kamerasından görüb.  Hadisə Bakının Binəqədi qəsəbəsi M. Rəsulzadə küçəsində baş verib.

News24.az xəbər verir ki,  hadisə ilə bağlı faktları Yenisabah.az-a təqdim edən zərərçəkən Kamran Bağırov bildirib ki, cadu etmək istəyən qadın onların qapısının ağzına gələrək əlindəki cadulanmış kuklanı yerə atır. Təhlükəsizlik kameralarına düşdüyündən xəbərsiz olan qadın daha sonra telefonla danışaraq cadunu atdığı  yerdən götürərək qapıya daha da yaxın yerə qoyur və sonra ərazidən uzaqlaşır. 

Ev sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Təhlükəsizlik kameralarına düşən həmin anları təqdim edirik: