Qadın caduya görə ekstrasenslərə 105 min manat ödədi - ARAŞDIRMA APARILIR
    • 20-07-2020, 12:09
    • 695

Qadın caduya görə ekstrasenslərə 105 min manat ödədi - ARAŞDIRMA APARILIR

Qadın caduya görə ekstrasenslərə 105 min manat (54 min avro) ödəyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Almaniyada yaşanıb. Televiziyada yayımlanan ekstrasens verilişini ziləyən qadın proqrama zəng edib. Ekstrasenslər isə ona cadu olunduğunu bildiriblər. Eyni zamanda da cadunu aradan götürmək üçün bir neçə sensadan keçməli olduğu vurğulanıb.

Ekstrasenlərin sözünə inanan qadın onların hesabına hissələrlə pul köçürüb. 

54 min avro pul xərcləyən qadın bir müddət sonra ekstrasenslərlə əlaqə qura bilməyib. 

Hazırda məsələ ilə bağlı polis araşdırma aparır.