Separatçılar Xankəndində Rus Mədəniyyəti Evi açmaq istəyir- FOTO
    • 31-08-2022, 13:56
    • 345

Separatçılar Xankəndində Rus Mədəniyyəti Evi açmaq istəyir- FOTO

Qarabağdakı erməni separatçıları Xankəndində Rus Mədəniyyəti Evi açmağı planlaşdırırlar.

News24.az xəbər verir ki, bu barədə erməni Teleqram kanlları məlumat yayıb. 

Məlumatda bildirilir ki, Xankəndində Rus Mədəniyyəti Evinin layihələndirilməsi başa çatıb. 

Qeyd olunur ki, Rus Mədəniyyəti Evi keçmiş "Rusiya" kinoteatrının binasında yerləşəcək. 

Separatçılar Qarabağı rus icmasının teleqram kanalına  istinadla qeyd edirlər ki, yaxın vaxtlarda keçmiş “Rusiya” kinoteatrında yenidənqurma işlərinə başlanılacaq.

O da bildirilir ki, burada Qarabağın rus icmasının təmsilçiliyi ilə yanaşı, Qarabağda ilk Rus Dram Teatrı, eləcə də Təkmilləşdirmə Mərkəzi, Uşaq İncəsənət Mərkəzi, kitabxana, vestibül-qalereya, kinoteatr, konfrans zalı, yeməkxana və pravoslav kilsəsi fəaliyyət göstərəcək